Dövlət Sərhəd Xidmətinin (DSX) texniki təmir parkında yanğın baş verib. Bu barədə İnsanoid bu gün, 16 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə avqustun 15-dən 16-na keçən gecə DSX-nin Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində qeydə alınıb.
Burada yerləşən qarajın içərisində dayanmış “UAZ” markalı minik avtomobilində yanğın olub.
Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb. Xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəki şəhərində ümumi sahəsi 250 m² olan 4 boksdan ibarət qarajın içərisində dayanan “UAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.