Şəkidə yanğın hadisəsi baş verib. Bu barədə APA 8 yanvar tarixində xəbər verib.
Yanğın günorta saatlarında Şəki şəhərinin 20 Yanvar küçəsində yerləşən 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus birmərtəbəli 3 otaqlı evdə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb ediliblər. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynəbəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.