Şəkidə bir neçə ticarət obyektinin olduğu inzibati binada yanğın olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 13 oktyabr tarixində xəbər verir.
Gecə saatlarında Şəki şəhərinin H. Əliyev prospektində ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində şəhər sakini Rahim Baba oğlu Cəlilova məxsus ümumi sahəsi 12 kvadratmetr olan köşkdə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Hadisə nəticəsində köşkün yanar konstruksiyaları içərisində olan su aparatı və kondisioner yanıb.
Yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.