Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub. Bu barədə İnsanoid 5 yanvar tarixində APA-ya istinadən xəbər verir.
Sözügedən ərazidən 2 ədəd "F-1" əl qumbarası, 1 ədəd "UZRMQ" markalı partladıcı, 2 ədəd "DQ Çeremuxa" tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibirli avtomat patronları aşkarlanaraq götürülüb. Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.