Samuxda məktəbdə soyğunçuluq hadisəsi olub. Bu barədə 14 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə avqustun 12-də rayonun Kolayır kəndi ərazisindəki orta məktəbdə qeydə alınıb. Məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonu alınıb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb. O, əvvəllər də məhkum olunub.
Araşdırma aparılır.