Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.
14 dekabr axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək, “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.
Samux polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil veriliblər.