Naxçıvanda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. Bu barədə İnsanoid Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndinin 50 yaşlı sakini Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 29 yaşlı Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.