Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 oktyabr tarixində xəbər verir.
Ersin Tatar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Daha sonra Fəxri qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
Şimali Kipr Türk Respublikasının Prezidenti, həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.
Eyni zamanda fəxri qonaq "Türk şəhidliyi" abidəsini də ziyarət edib.