Şirvan sakini özünü Kür çayına atıb. Bu barədə APA 19 oktyabr tarixində xəbər verib.
Hadisə Şirvan şəhərində qeydə alınıb.
26 yaşlı Şirvan sakini Namiq Nəsrullayev özünü körpüdən Kür çayına ataraq intihara cəhd edib. N. Nəsrullayev sudan çıxarılaraq, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.