Şirvan polisi narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi yaxalayıb. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Aydın Cəfərov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və metamfetamin, çətənə bitkisi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.