Şirvanda qətl hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 8 yanvar tarixində xəbər verir.
Yanvarın 8-də saat 10:00 radələrində 74 yaşlı Allahverdi Şərifov kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun 45 yaşlı oğlu Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.