Şirvan şəhərində avtomobil qəzası olub. Bu barədə 23 sentyabr tarixində APA məlumat verib.
Belə ki, “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “VAZ 2107”nin 1949-cu il təvəllüdlü sürücüsü Mədətov Yolçu Müseyib oğlu xəsarət alıb. O, xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.