Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Onun barəsində qanunvericiliyə uyğun tədbir görülərək sərbəst buraxılıb.
Bu gün səhər saatlarında AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.