Salyan-Şirvan avtomobil yolunun şəhərin Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Report məlumat yayıb.
Yük maşını (TIR) “VAZ-2106” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində 24 yaşlı Nicat Abdullayev, 69 yaşlı Narıngül Abdullayeva və 20 yaşlı Südabə Əliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
![]()