Siyəzəndə ata və oğul avtomobil qəzasında ölüblər. Bu barədə İnsanoid bu gün, 1 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) “VAZ-2107” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində Böyük Həmyə kənd sakinləri - 36 yaşlı Samit Əmirov və onun oğlu, 4 yaşlı Elnur Əmirli həyatlarını itiriblər.
Yaralananların sayının 7-yə çatdığı bildirilir. Onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.