“Son 20 ildə Azərbaycanda ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilib”. Bunu Baş nazir Əli Əsədov Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Bu barədə 14 oktyabr tarixində Report məlumat verib.
Baş nazir bildirib ki, infrastruktur layihələrinin icrası olaraq, ölkənin ümumi elektrik enerji sisteminə daxil olan yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, mövcud yarımstansiyalar yenidən qurulub və yeniləri inşa edilib: “Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur”.