Son bir ildə Azərbaycan əhalisinin 87%-i telefon və internet dələduzluğu ilə qarşılaşıb. Bu haqda dekabrın 13-də "Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, şirkət tərəfindən Bakı, Sumqayıt və Gəncədə aparılan sorğu nəticəsində müəyyən edilib ki, 10 nəfərdən biri dələduzluqla üzləşib.
Dələduzluğun 80%-i mətn mesajlarının (SMS, "WhatsApp", "Viber"), 32%-i sosial şəbəkələrin, 28%-i isə telefon zənglərinin payına düşüb.
"Sorğumuza əsasən, hər 6 şəxsdən biri orta hesabla 25 manata yaxın məbləğ itirib", - deyə nümayəndə bildirib.