Bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Murad Kazlayev 92 yaşında vəfat edib. Bu barədə Report 23 dekabr tarixində məlumat verir.
“Təəssüf ki, Murad Kazlayev Dağıstanda dünyasını dəyişib”, - TASS departamentdən sitat gətirib.
Azərbaycanla bağlı bəstəkarın xoş xatirələri var. "Azərbaycan mənə musiqi yazmağı öyrətdi", deyə bəstəkar xatirələrini bölüşüb.
Murad Maqomedoviç Kazlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır.
Murad Kazlayevin əsərlərinin siyahısına Rusiya, eləcə də Almaniya, ABŞ və İtaliyada buraxılan 25 diskdə toplanmış 350-dən çox ad daxildir. O, bəstəkar kimi şair Ruslan Qəmzətov və dirijor Camal-Eddin Dalqatla çalışıb.