Sumqayıtda yanğın baş verib. Bu barədə APA 2 fevral tarixində xəbər verib.
Hadisə “Əşya bazarı” adlandırılan ərazidə qeydə alınıb.
34 yaşlı şəhər sakini Mübariz Hacıyevə məxsus ümumi sahəsi 300 kv.m olan meyvə-tərəvəz mağazasının 250 kv.m hissəsi yanıb.
Daha sonra yanğın mağazanın qarşısında parklanmış “Mercedes" markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğının səbəbi araşdırılır.
[caption id="attachment_160924" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]