Sumqayıt, Gəncə və Naxçıvanda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 24 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat yayıb.
Sumqayıt şəhər sakini Rakif Məmmədov iyulun 22-də Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinərək saxlanılıb. O, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.
Gəncədə E.Səidovanın və R.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəhər sakini Elgün İsmayılov saxlanılıb. O da əvvəllər məhkum olunub.
İyulun 22-də Naxçıvan şəhərində bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.