Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonda 13 nömrəli yataqxana binaları söküləcək. Bu barədə İnsanoid Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 Eldar şamı ağacı əkiləcək.