Sumqayıtda dəm qazından zəhərlənmə baş verib. Bu barədə Report 3 fevral tarixində xəbər verib.
40 yaşlı Nailə Şükürova Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birinin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.