Sumqayıtda intihara cəhd olub. Bu barədə Report 7 oktyabr tarixində xəbər verib.
Sumqayıt sakini, 42 yaşlı Elnur Şıxəliyev ailə münaqişəsi zəminində 45-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın damından özünü yerə atmağa cəhd edib.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.
İntihara cəhdin qarşısı alınıb.