Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində 65 yaşlı qadın qətlə yetirilib. Bu barədə 3 fevral tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun 1983-cü il təvəllüdlü oğlu Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.