Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid bu gün, 19 oktyabr tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında şəhərin 14-cü məhəlləsində qeydə alınıb. 36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, 43 yaşlı Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb. E. Məmmədova çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
M. Rüstəmov da münaqişə zamanı yüngül xəsarət alıb, ona tibbi yardım göstərilib.
Fakt üzrə araşdırma aparılır.