Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 25 dekabr tarixində Report məlumat verib.
Hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb. Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü piyada Dəmirova Alidə Allahverdi qızını maşın vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.