Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib. Bu barədə APA 19 dekabr tarixində xəbər verib.
Hadisə Kimyaçılar qəsəbəsində 39 yaşlı Gülnar Qasımovaya məxsus ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evində qeydə alınıb.
Yanğın yerinə FHN DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının səbəbləri araşdırılır.