Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 6 dekabr tarixində məlumat verir.
Sumqayıt polisi tərəfindən 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10 500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar - T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.