Sumqayıtda istifadəyə yararlı "F-1" markalı əl qumbarası tapılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 may tarixində xəbər verir.
Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Alışov Yasin Elman oğlu Sumqayıt şəhərinin 76- cı məhəlləsindən istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası aşkar edərək, polis əməkdaşlarına təhvil verib.