Sumqayıt şəhərində nitq qüsurlu gənc itkin düşüb. Bu barədə 8 avqust tarixində İnsanoid Sumqayıt24-ə istinadən məlumat verir.
Hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Belə ki, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 28 yaşlı şəhər sakini Cavidan Əliyev "Yaşıl dərə" yaşayış massivindəki yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Məlumata əsasən, onun əynində tünd rəngdə köynək, ayağında qadın tərliyi olub.
"Şəkildə gördüyünüz gənci tanıyan və ya barəsində məlumatı olanlardan qardaşı ilə (077) 321 51 89 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur", - məlumatda bildirilib.