Prezident İlham Əliyev Suqovuşan ‒ Sərsəng su anbarı ‒ Qozlukörpü ‒ Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə 4 dekabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan ‒ Sərsəng su anbarı ‒ Qozlukörpü ‒ Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17 milyon manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.