Antiterror əməliyyatlarından sonra Şuşada narkotik plantasiyası aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb.
Fermer təsərrüfatı adı altında fəaliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib.
Araşdırmalar davam etdirilir.