Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) Agentliyinin (AFAD) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.
Bununla bağlı İnsanoid RSXM-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub.
Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.