Son 22 il ərzində İsveçrə Azərbaycan iqtisadiyyatına 110 milyon dollar investisiya yatırıb. Bu barədə İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyreyə istinadən 13 dekabr tarixində Trend deyib.
Səfirin sözlərinə görə, 2000-2011-ci illərdə İsveçrə Naxçıvanda 130 kəhrizin bərpasına 4 milyon dollar məbləğində dəstək verib. “Sonrakı dövrdə Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsi ilə bizim əməkdaşlığımız iqtisadi, texniki sahədə daha da genişlənib. Ümumilikdə son 22 il ərzində İsveçrənin Azərbaycana investisiyalarının həcmi 110 milyon dollar olub və bu 90 layihənin dəstəklənməsinə yönəlib”, - deyə səfir vurğulayıb.