Azərbaycanda taksi qiymətlərində artım olub. Bu barədə İnsanoid bu gün 2 fevral tarixində xəbər verir.
"Uber" taksi xidməti artımla bağlı mobil tətbiqetmədən istifadə zamanı müştərilərə bildiriş göndərir.
Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı tələb olunur.
Hər gedişə 0,1 manat xidmət haqqı əlavə olunub. Bunun xidməti saxlamaq və inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.
Qeyd edək ki, xidmət haqqı əlavə edilmədən sifaroş etməyiniz qeyri-mümkündür.