Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza olub. Bu barədə İnsanoid bu gün, 22 avqust tarixində APA-ya istinadən məlumat verir.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Dördyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü, 37 yaşlı Niyazalı Məhərrəmov yolu keçmək istəyən Ağdam rayon sakini, 30 yaşlı Samir Niftəliyevi vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.