Tərtərdə su kanalından qadın meyiti tapılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
Qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.
Onun 37 yaşlı Vəsilə Əliyeva olduğu məlum olub.
Həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.