Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində azərbaycanlı iş adamını güllələyən şəxs saxlanılıb. Bu barədə İnsanoid bu gün 4 avqust tarixində APA-ya istinadən məlumat verir.
İnsident avqustun 3-də Gürcüstanın paytaxtı Tbilisidə qeydə alınıb. Azərbaycanlı sahibkar Roman İsayev silahlı hücuma məruz qalıb.
Silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevə atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Başından güllə yarası alan yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. R. İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
[playlist type="video" tracklist="false" ids="124394"]