Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə 23 may tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov İnsanoid-ə məlumat verib.
“Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir. Qeyd edim ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, - deyə polis kapitanı bildirib.