Tovuzda bıçaqlanma hadisəsi olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Hadisə Tovuz rayonunun Əyyublu kəndindəki fərdi yaşayış evində baş verib.
31 yaşlı Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 23 yaşlı Tükəzban Mirzəyevanı vuraraq, onun qarın boşluğu və sağ bazu sümüyünə xəsarətlər yetirib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.