Tovuz rayonunda 46 yaşlı kişinin meyiti aşkarlanıb. Bu barədə 23 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1977-ci il təvəllüdlü M.Tağıyevin meyiti meşəlik ərazidə tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.