Tovuzda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıblar. Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
Belə ki, Ceyrançöl adlanan ərazidə qanunsuz ov edən Bakı və Tovuz rayon sakinləri saxlanılıblar. Həmin şəxslərdən qanunsuz ovladıqları 2 ədəd çöl dovşanı və 2 ədəd ov tüfəngi aşkarlanıb.
Faktla bağlı həmin şəxslər barəsində “ov qaydalarının kobud şəkildə pozulması” maddəsi ilə inzibati protokol tərtib olunub.
Faktlar üzrə araşdırmalar aparılır.