Tovuzda qatar piyadanı vurub. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Bu zaman quruma aid teplovozun maşinisti qəfil əyləci sıxsa da, nəqliyyat vasitəsini saxlamaq mümkün olmayıb.
Nəticədə piyada - 59 yaşlı Azad Mirzəyev hadisə yerində dünyasını dəyişib.