Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb. Bu barədə 29 noyabr tarixində Azerforum məlumat verib.
İdmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib.
İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb.
Məlumata görə, boksçunun ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir.
Məlumata görə, əməliyyat uğurla başa çatıb.