Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb. Bu barədə 21 avqust tarixində sosial şəbəkələrə istinadən İnsanoid məlumat verir.
Dənizdə batan şəxs Türkiyə vətəndaşı olan iş adamı Süleyman Filizdir. O, azyaşlı qız övladını xilas etmək istəyərkən faciə yaşanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) baş verib.