UEFA Azərbaycanın milli yığmasına görə AFFA-nı cərimələyib. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.
Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiyaya 6 000 avro ödəməlidir.
Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıblar.