"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Bu barədə 18 avqust tarixində İnsanoid məlumat verir.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-nın qonağı olub.
"Bolt Arena"da baş tutan qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcəklər.