top
Universitetlər üzrə keçid balları - İXTİSAS SEÇİMİ
18 avqust 2023, 03:35
- ↺ +

Universitetlər üzrə keçid balları - İXTİSAS SEÇİMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 16-dan ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Abituriyentlərə kömək məqsədilə İnsanoid komandası Abituriyent №2, 2023 jurnalından hər ixtisas üzrə ən yüksək və ən aşağı keçid balları barədə araşdırma aparıb.


  • Bakı Dövlət Universitetində ötən il ən yüksək keçid balı informasiya təhlükəsizliyi ixtisasında olub (545.8 bal). Ən aşağı keçid balı isə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (Qazax filialı) ixtisası üzrə qeydə alınıb (100.1).

  • Abituriyentlər Azərbaycan Tibb Universitetində təhsil almaq üçün ən azı 505.9 bal toplamalı olublar (Tibb bacısı işi ixtisası). Ən yüksək keçid balı isə stomatologiya ixtisası üzrə təhsil almaq üçün olub (596.2).

  • Abituriyentlər Azərbaycan Dövlət neft və Sənaye Universitetinə daxil olarkən ən yüksək keçid balını informasiya təhlükəsizliyi ixtisası üzrə toplayıblar (573.2). Ən aşağı keçid balı isə 200.0  təşkil edib. Bunlar həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və mexatronika və robototexnika mühəndisliyi ixtisasları olub.

  • Bir çox universitetlərdə olduğu kimi, Azərbaycan İqtisad Universitetində də ən yüksək keçid balı (595.6) İnformasiya təhlükəsizliyi ixtisası üzrə olub. 152.0 bal toplayan abituriyent isə türizm işinin təşkili (Zaqatala filialı) ixtisası üzrə təhsil almaq hüququ qazanıb.

  • Azərbaycan Dillər Universitetində dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olmaq üçün abituriyentlər an azı 515.6 bal toplamalı olublar. Universitet üzrə ən yüksək keçid balı məhz bu ixtisasa aiddir. Ən aşağı keçid balı isə Regionşünaslıq (Hindistan) ixtisası üzrə olub (158.0).

  • “ADA” Universitetində ən yüksək keçid balı kompüter elmləri (603.2), ən aşağı -  beynəlxalq münasibətlər (419.0) ixtisasında olub.

  • Bakı Ali Neft Məktəbində təhsil almaq üçün abituriyentlər ən azı 405.8 bal toplamalı olublar (biznesin idarə edilməsi ixtisası). Universitet üzrə ən yüksək keçid balı 684.8 bal ilə informasiya təhlükəsizliyi ixtisasında qeydə alınıb.

  • Naxçıvan Dövlət Universitetində ən yüksək keçid balı tibb ixtisası üzrə (569.4), ən aşağı baytarlıq təbabəti ixtisası üzrə olub (150.0).

  • Riyaziyyat və İnformatika müəllimi olmaq istəyən abituriyentlər Gəncə Dövlət Universitetində təhsil almaq üçün ən azı 392.0 bal toplamalı olublar. Bu, universitet üzrə keçid balı ən yüksək olan ixtisas olub. Ən aşağı keçid balı 173.0 təşkil edib (turizm bələdçiliyi ixtisası).

  • Sumqayıt Dövlət Universitetində minimal keçid balı 200.0 bal olub. Bu bal ilə abituriyentlər bir çox fərqli ixtisaslarda təhsil ala biliblər. Universitetdə ən yüksək keçid balı isə xarici dil müəllimliyi (ingilis dili) ixtisasında qeydə alınıb (362.9).

  • Mingəçevir Dövlət Universitetində də 368.6 bal ilə ən yüksək keçid balı olan ixtisas xarici dil müəllimliyi (ingilis dili) olub. Universitetdə minimal keçid balı 150.0 təşkil edib (ekologiya ixtisası).

  • Həmçinin Lənkəran Dövlət Universitetində də ən yüksək keçid balı xarici dil müəllimliyi (ingilis dili) ixtisasında olub (327.4). Minimal keçid balı isə 150.0 təşkil edib. Bu balla abituriyentlər bir neçə ixtisas üzrə təhsil almaq şansı qazanıblar.


Qeyd edək ki, məqalədə yalnız tədrisi Azərbaycan dilində (ADA və Bakı Ali Neft Məktəbi istisna olmaqla), əyani şəkildə, ödənişli əsaslarla aparılan ixtisasların adları çəkilib.

Ötən il formalaşmış keçid balları ixtisas seçimi zamanı abituriyentlərə düzgün istiqamət göstərməkdə köməklik edə bilər. Lakin keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq, dəyişdiyi nəzərə alınmalıdır.

İxtisas seçimi avqustun 28-dək davam edəcək.

Ümidvarıq ki, bu məlumatlar seçim zamanı sizə faydalı olar!

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər