ABŞ-nin Minnesota Universitetinin magistratura səviyyəsinə qəbul olan Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək.
Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Vətən müharibəsi qazisi Cavid Əliyevə universitetdə təhsil aldığı müddətdə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. Təqaüdün məbləği 1 000 ABŞ dollarıdır.
O, 2023-2024-cü tədris ili üzrə ABŞ-nin Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasının magistratura səviyyəsinə qəbul olunub.
Cavid Əliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.