top
Xaçmaz rayonunun Kəndxudat sakini 5 gün qeyri-qanuni polisdə saxlanılıb
11 avqust 2023, 23:44
- ↺ +

Xaçmaz rayonunun Kəndxudat sakini 5 gün qeyri-qanuni polisdə saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun Xudat şəhəri Kəndxudat kəndinin 40 yaşlı sakini 5 gün Xudat Polis Bölməsində qeyri-qanuni saxlanıldıqdan sonra azadlığa buraxılıb. Bu barədə İnsanoid 12 avqust tarixində ShimalNews-ə istinadən məlumat verir.

Belə ki, avqustun 5-i saat 18:00 radələrində kənd sakini evdən çıxaraq Xudat şəhərinə gedib və geri qayıtmayıb. Məsələ ilə bağlı onun yaxınları polisə və təcili tibbi yardıma müraciət ediblər, lakin heç bir məlumat əldə edə bilməyiblər.

Bir neçə gün sonra onlar itkin düşən haqqında ərizə yazmaq üçün Xudat Polis Bölməsinə müraciət ediblər. Orada məlum olub ki, Xudat sakinini protokolsuz və ya hər hansı bir qeydiyyat olmadan bölmənin iclas zalında saxlayırlar. Səbəbini öyrənmək istəyəndə isə heç bir izahat verilmədən, nə vaxt lazım bilinsə, buraxılacağı deyilib.

Bundan sonra Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə hadisə ilə bağlı məlumat verilib və Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Xaçmaz Rayon Prokurorluğuna, Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi göndərilib. Yalnız bundan sonra, avqustun 10-u axşam saatlarında saxlanılan şəxs sərbəst buraxılıb.

“Məlum olub ki, Xudat sakini tanıdığı digər adam haqqında şahid qismində yalan ifadə vermək üçün saxlanılıbmış. O, 5 gün ərzində ac və yuxusuz qalıb. Azadlığa buraxılmadan öncə isə Xaçmaz Rayon Məhkəməsinə aparılaraq geri tarixlə ictimai qaydaları pozmasına görə ona tənbeh sənədləşdirilib”, - məlumatda bildirilib.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər